Modern.az

Milli Məclisin deputatlarına bahalı avtomobillər verildi - SİYAHI

Milli Məclisin deputatlarına bahalı avtomobillər verildi - SİYAHI

Parlament

22 Oktyabr 2012, 12:38

Milli Məclisin komitə sədrlərinə yeni xidməti avtomobillər paylanılıb. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, deputatlarına yeni avtomobilləri “Mercedes E-Class” markalıdır. Avtomobillər artıq komitə sədrlərinə paylanılıb.

Bildirilib ki, komitə sədrlərinin bundan əvvəlki xidməti avtomobilləri “Nissan Maxima” olub. Həmin avtomobillər 7 il əvvəl alınıb və artıq istifadə müddəti başa çatıb.

Qeyd edək ki, parlamentin komitə sədrləri aşağıdakılardır:

Əli Hüseynli (Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri), Ziyafət Əsgərov (Təhlükəsizlik və müdafiə komitəsinin sədri), Ziyad Səmədzadə (İqtisadi siyasət komitəsinin sədri), Valeh Ələsgərov (Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri), Eldar İbrahimov (Aqrar siyasət komitəsinin sədri), Hadı Rəcəbli (Sosial siyasət komitəsinin sədri), Arif Rəhimzadə (Regional məsələlər komitəsinin sədri), Şəmsəddin Hacıyev (Elm və təhsil komitəsinin sədri), Nizami Cəfərov (Mədəniyyət komitəsinin sədri), Səməd Seyidov (Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri), Rəbiyyət Aslanova (İnsan hüquqları komitəsinin sədri).

“Mercedes E-Class” markalı avtomobillərinin qiyməti 70-100 min ABŞ dolları arasındadır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü