Modern.az

Spiker İran parlamentini Xocalı ilə bağlı sənəd qəbul etməyə çağırdı

Spiker İran parlamentini Xocalı ilə bağlı sənəd qəbul etməyə çağırdı

Aktual

6 Avqust 2021, 13:28

Gələn il - 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşü zamanı deyib.

 

Spiker qeyd edib ki, bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə verilməsi çox vacibdir.

 

"Bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər", - deyə S.Qafarova bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!