Arxiv
12 Fervral 2010, 14:53 | PARLAMENT
Milli Məclis etirazla qarşılanan layihəni qəbul edib (yenilənib)

Modern.az xəbər verir ki, Milli Məclisin (MM) bugünkü iclasında həm cari məsələlərə toxunulub, həm də bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

“Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub. Əlavənin məğzi də budur ki, “şəxsin xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.

Rəbiyyət Aslanova deyib ki, 2009-cu ildə martın 18-də Konstitusiyaya əlavə və dəyişiliklə bağlı referendum keçirilib: “32-ci maddədə yazılır ki, qanunla müəyyən edilən hallar istisna olmaqla şəxsin razılığa olmadan heç kim onun haqqında foto, vidio və audio məlumat toplaya bilməz. İzlənilə bilməz. Yalnız əməliyyat, axtarış fəaliyyəti məqsədilə məlumat toplanması istisna olunur. Əlavə və dəyişilikdə məqsəd şəxsin azadlığını və toxunulmazlığını təmin etmək məqsədi daşıyır”.

Pənah Hüseyn deyib ki, o, sözügedən əlavə və dəyişikliklə bağlı məhkəməyə müraciət edəcək. “Ola bilsin ki, məhkəmə mənim müraciətimdən imtina edə bilər. Bu əlavə və dəyişikliklər jurnalistlərin məlumat almaq azadlığını pozur”. Deputat təklif edib ki, əlavə və dəyişikliklərlə bağlı layihə yenidən ekspertizaya göndərilsin. P.Hüseyn deyib ki, əlavə və dəyişikliklə bağlı təklifdən “KİV” sözü ümumiyyətlə çıxarılmalıdır. İqbal Ağazadə də əlavə və dəyişiklikləri kəskin tənqid edib. “Belə çıxır ki, mənim Milli Məclisdəki çıxışımı jurnalist məndən icazə alıb yazmalıdır. Küçədə kimlərsə dalaşırsa, jurnalist onlardan icazə almalı və çəkiliş etməlidir. Bu, söz və mətbuat azadlığını boğmaq üçündür” İ.Ağazadə çıxışına “qanundan belə çıxır ki, heç bir jurnalist millət vəkilinin, nazirin icazəsi olmadan onun səsini və video görüntüsünü çəkə bilməz”,-deyə əlavə edib.  

Ziyafət Əsgərov isə onlarla razılaşmayıb. Deyib ki, jurnalistlər MM-in iclasını çəkə də, yaza da bilərlər. “Bu dəyişiklərin ictimai fəaliyyətə aidiyyatı yoxdir. Söhbət hər bir insanın şəxsi həyatının toxunulmazlığından gedir. Bunu qarışdırmaq olmaz. Konstitusiyada bu konkret şəkildə göstərilib. Bu düzəlişlər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, müqavilələrə uyğunlaşdırılıb. Qanunun mahiyyəti ondan ibarədir ki şəxsi və ailə həyatına müdaxilə olmaz”.

Qüdrət Həsənquliyev də deyib ki, bu dəyişikliklə jurnalistlərin informasiya azadlığı məhdudlaşmır. Müzakirələrdən sonra qanunlara təklif edilən əlavə və dəyişikliklər yeddi nəfər əleyhinə olmaqla qəbul edilib. Qeyd edək ki, “KİV haqqında” qanunun 60-cı maddəsinə aşağıdakı düzəliş təklif olunur: “Əməliyyat-axtarış tədbirləri istisna olmaqla, heç kimin razılığı olmadan və etirazına baxmayaraq KİV nümayəndələri tərəfindən izlənilə, video və fotoçəkilişə və səsinin yazılmasına məruz qala bilməz”. Bu dəyişiklik bütün digər sadalanan qanunlara da ediləcək.

Modern.az  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57