Modern.az

Hacıbala Abutalıbovdan deputata şikayət etdilər

Hacıbala Abutalıbovdan deputata şikayət etdilər

Aktual

22 Oktyabr 2012, 14:41

29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov 20-ci sahə ərazisində yaşayan 20 sakini qəbul edib. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, sakinlərin əsas şikayəti yolların vəziyyəti barədə olub. Belə ki, 20-ci sahə Gülbala Əliyev küçəsinin sakinləri uzun müddətdir ki, müxtəlif dövlət qurumları tərəfindən Səbail rayonu ərazisindəki yolların təmir məqsədilə qazılması, lakin bu vaxta qədər iş görülməməsindən şikayətləniblər.

Sakinlər deyib ki, bununla bağlı dəfələrlə Səbail rayon və Bakı şəhər İcra Hakimiyyətlərinə müraciət etsələr də, onlara heç bir cavab verən olmayıb. Bütün müraciətlərinin cavabsız qaldığını görən sakinlər sonda problemlərinin həlli yolunda kömək göstərilməsi üçün millət vəkili Fuad Muradova müraciət ediblər. Sakinlərin şikayətlərini bir-bir dinləyən millət vəkili mövcud problemin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirib. Millət vəkili qeyd edib ki, sözügedən ərazidəki yolların tezliklə təmir olunması üçün onlara qanunvericiliyin tələblərinə uyğun şəkildə lazım olan köməklik göstərəcək. Görüşdə sakinlərin yol problemi ilə yanaşı bir sıra digər məsələləri də millət vəkilinin diqqətinə çatdırıblar.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır