Modern.az

ANAMA-nın minaya düşən əməkdaşının vəziyyəti stabildir

ANAMA-nın minaya düşən əməkdaşının vəziyyəti stabildir

Aktual

6 Avqust 2021, 15:42

2021-ci il 6 avqust tarixində işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Agentliyin əməkdaşı Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, F.Əliyevin baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub.

 

 Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!