Modern.az

CASCFEN beynəlxalq qurumlara üzv olur

CASCFEN beynəlxalq qurumlara üzv olur

Aktual

22 Oktyabr 2012, 15:13

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) beynəlxalq qurumlara üzv olmaq üçün hərəkətə keçib. Təşkilatdan verilən xəbərə görə, artıq baş qərargahı Kanadanın Toronto şəhərində yerləşən nüfuzlu Beynəlxalq Söz Azadlığı Mübadiləsi (International Freedom of Expression eXchange – IFEX) təşkilatı ilə bu yöndə yazışmalara başlanılıb. CASCFEN sədri Azər Həsrət bildirib ki, sözü gedən beynəlxalq təşkilata üzvlük üçün növbəti ərizə qəbulu 2013-cü ilin yanvar ayında baş tutacaq. Ona görə də CASCFEN İdarə Heyəti özünün 4 noyabr tarixinə nəzərdə tutulan toplantısında bununla bağlı qərar qəbul edəcək.

 CASCFEN-dən onu da bildiriblər ki, IFEX-ə ilk Azərbaycan təşkilatını da Azər Həsrət üzv edib. Belə ki, o, 1999-cu ildə Jurnalistlərin Həmkarlar İttifaqının sədri olduğu zaman həmin qurumu IFEX üzvlüyünə qəbul etdirməklə bərabər 2001-ci ildə onun Şurasına üzv də seçilib və beş il Şurada fəaliyyət göstərib.

 CASCFEN-dən verilən daha bir xəbərdə qurumun İdarə Heyətinin toplantısında Azərbaycan Milli QHT Forumuna üzvlük məsələsinin də müzakirə ediləcəyi bildirilir. CASCFEN sədri Azər Həsrət deyib ki, artıq sonuncunun prezidenti Rauf Zeyni ilə bu yöndə məsləhətləşmə aparılıb və Milli QHT Forumu özünün İdarə Heyətində məsələni gündəliyə salmağa hazırdır.

Onu da əlavə edək ki, CASCFEN daha iki beynəlxalq quruma üzv olmaq üçün müzakirələr aparır.

  Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir