Modern.az

Milli Məclisin əməkdaşları Türkiyədə olublar

Milli Məclisin əməkdaşları Türkiyədə olublar

Aktual

22 Oktyabr 2012, 16:30

Milli Məclisin Sosial siyasət məsələləri ilə məşğul olan bir qrup əməkdaşı oktyabr ayının 14-21 tarixlərində Ankara şəhərində Türkiyə Böyük Millət Məclisində səfərdə olub. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər “Türkdilli Ölkələrin Parlament Assambleyasının” (TÜRKPA) dəstəyi ilə qarışılıqlı təcrübə mübadiləsi proqramı çərçivəsində reallaşdırılıb.  Səfər zamanı Milli Məclisin əməkdaşları Aytac Mehdiyeva, Məhəmməd Bazıqov, Elşən Cəfərov, Arzu İsgəndərov və Cavid Əliyev Türkiyə Böyük Millət Məclisi (TBMM) və Türkiyə Sosial Müdafiə Fondunda (Sosyal Güvenlik Kurumu - SGK) olublar.

Parlamentin əməkdaşları ilk öncə 15-16 oktyabr tarixlərində TBMM Aparatının Baş katibi İrfan Neziroğlu, müavinləri Muhammed Bozdağ və Haydar Çiftçi, Beynəlxalq əlaqələr və protokol şöbəsi müdirinin müavini İzzet Eroğlu və digər şəxslərlə görüşüblər. Görüşlər zamanı hər iki dost və qardaş ölkənin digər sahələrdə olduğu kimi, qanunyaradıcılığı prosesində də əməkdaşlığının əhəmiyyəti vurğulanıb və qeyd olunub ki, gələcəkdə bu istiqamətdə işlər daha da sürətləndirilməlidir. Xüsusilə də bu müzakirələr zamanı sosial qanunvericilik sahəsində əməkdaşlığın vacibliyi önə çəkilib.

Parlamentin əməkdaşları səfər zamanı həmçinin 17-19 oktyabr tarixlərində SGK rəhbərliyi ilə görüşüblər. Görüş zamanı sağlıq sığortası şöbəsi, pensiya xidmətləri şöbəsi, sığorta ödəmələri və sosial xidmətlər şöbəsinin rəhbərləri görüşlərdə hər iki ölkənin sosial qanunvericilik sahəsində hazırlanan qanunlar, aparılan islahatlarla bağlı fikir mübadiləsi edib, müzakirələr zamanı hər iki tərəf təcrübələrini bölüşüblər.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir