Modern.az

“Azərişıq”ın texniki itki proqnozu

“Azərişıq”ın texniki itki proqnozu

Aktual

5 May 2021, 13:58

2015-ci ildə “Azərişıq” ASC yaradılanda şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə 9,7%-ə, 2020-ci ildə 8,9%-ə qədər endirilib.

 

Bu barədə “Azərişıq” ASC-nin mtbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, 2021-ci ildə texniki itki göstəricisinin maksimum həddinin 8,8% olacağı proqnozlaşdırılıb:

 

“Ümumilikdə “Azərişıq” ASC üzrə son 6 il ərzində texniki itki səviyyəsinin 5,1% azalmasına nail olunub. “Azərişıq” ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizatı sisteminin təmin olunması üçün işləri davam etdirir. Bunun üçün yenidənqurma işləri aparılır, istismar müddəti bitmiş ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcədə sayğaclar yenilənir”.

 

“2015-ci ildən bəri ümumilikdə 1 milyon 480 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilərək uçot kompleksi bərpa edilib. Bununda 1 milyon 289 mini əhali, 191 000-i isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib. 2021-ci ilin 4 ayında isə ümumilikdə 62 037 abonent yeni sayğacla təchiz olunub. Bununda 53 332-i əhali, 8 705-i isə qeyri-əhali abonentlərinə aid uçot nöqtələri təşkil edib”, -deyə məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə