Modern.az

35 jurnalist Bakıdan Gürcüstana gedir

35 jurnalist Bakıdan Gürcüstana gedir

Aktual

22 Oktyabr 2012, 16:38
Azərbaycanda bir qrup jurnalistin təmsil olunduğu “Mətbuat qeyri-rəsmi”qrupu jurnalistlərin növbəti səfərini 25-26 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərinə təşkil edir. Bu barədə məlumatı qrupdan veriblər.
Səfərin əsas məqsədi azərbaycanlı jurnalistlərin Gürcüstanda (Tiflisdə) iki günlük istirahətinin təşkilidir və maliyyə dəstəyini iştirakçı jurnalistlər adambaşına 40 manat xərcləməklə öz hesablarına təşkil edirlər. Səfər çərçivəsində Azərbaycan mətbuatının müxtəlif orqanlarından olan 35 jurnalist Gürcüstanın yeni seçilmiş parlamentinin bəzi üzvləri ilə görüşəcək, Azərbaycan mədəniyyət ocağı ilə, o cümlədən azərbaycanlı tarixi şəxsiyyətlərin abidələri ilə tanış olacaq, eləcə də gürcü həmkarlar ilə dostluq görüşləri keçirəcəklər.

Tiflis səfərində iştirak edəcək jurnalistlər siyahısına “Xəzər”TV, “Lider”TV, İctimai TV, ANS, AzTV, “Cənub”TV, “Kəpəz”TV, “Səs”TV, MuzTV-nin, APA, “Lent.az”, “Trend”, “Azadinform” agentliklərinin, o cümlədən “Qafqazinfo”, Modern.az “Mediaforum” saytlarının, bundan başqa “Gündəlik teleqraf”və digər qəzetlərin əməkdaşları daxildir.
Bundan başqa müstəqil yazarlar və jurnalistlər də iştirak edirlər. 

Qeyd edək ki, jurnalistlərdən Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkonun təsisçiliyi ilə yaradılan “Mətbuat qeyri- rəsmi” qrupunun əsası bu ilin yay aylarında sosail şəbəkələrdə media nümayəndələrinin istirahətinin təşkili məqsədilə təşəbbüs formasında qoyulub. Sonralar bu təşəbbüsün jurnalistlərin arasında geniş rezonans yaratması nəticəsində qrup fəaliyyətini adına uyğun qeyri-rəsmi formada bir qədər genişləndirib: mütəmadi olaraq Azərbaycanın, eləcə də xarici ölkələrin maraqlı bölgələri ilə Azərbaycan jurnalistlərinin tanışlığı məqsədini qarşıya qoyub. Bura eyni zamanda jurnalistlərin işdən sonra peşə fəaliyyətində təcrübə mübadiləsi, dünya ölkələri jurnalistləri ilə sıx peşə əməkdaşlığı, təcrübə mübadiləsi, eyni zamanda jurnalistlərin kollektiv istirahəti də daxildir. Qrupun Təşkilat Komitəsi mövcuddur, bura təsisçi jurnalistlər Yelena Sidorenko, Mübariz Aslanov və Murad Əliyev daxildir. Hazırda qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 200-dən çox üzvü var. Qrup indiyə kimi Azərbaycanın bir sıra turistik bölgələrinə jurnalistlərin kollektiv səyahətini təşkil etməklə yanaşı, xarici ölkə mətbuatı ilə dostluq təmasının qurulmasına start verib. Yaxın günlərdə qonşu ölkələrin mətbuat nümayəndələri ilə Azərbaycan jurnalistlərinin Bakıda birgə görüşünün təşkili də gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür