Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasında final görüşünə çıxıb.
Modern.az xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelaziz ilə üz-üzə gəlib.
Final qarşılaşması Misir təmsilçisinin qələbəsilə başa çatıb. Bununla da İrina Zaretska olimpiadanı gümüş medalla başa vurub.
***
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan karateçisi İrina Zaretska qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarımfinal görüşünə çıxıb.
Modern.az-ın məlumatına görə, o, çinli idmançı Qon Liyə qalib gələrək final yüksəlib.
Karateçimiz qrup mərhələsində keçirdiyi 4 görüşdən 3-də qalib gələrək 6 xalla qrup lideri olub.