Modern.az

Türkiyədə edam bərpa olunacaq, Atatürkün qəbri dəyişdiriləcək-VƏD

Türkiyədə edam bərpa olunacaq, Atatürkün qəbri dəyişdiriləcək-VƏD

Dünya

23 Oktyabr 2012, 09:16

Milliyyətçi Xalq Partiyası sədirliyinə namizəd  Seyfi Şahin Türkiyənin diqqətini çəkəcək açıqlama verib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Seyfi Şahin sədr seçiləcəyi təqdirdə partiyanı iqtidara gətirəcəyini deyib.

O qeyd edib ki, Türkiyədə güclü təhsil proqramı hazırlayacaq, boşanmaların qarşısını alacaq, zina məsələsini qadağan edəcək və edam cəzasını bərpa edəcəklər: “Anıtkabir Yunan kompleksinə bənzəyir. Biz bunu dəyişdirəcəyik və Atatürkün qəbrini Türk əsəri halına gətirəcəyik. Ayrıca Atatürkün məzarının üzərinə “Ruhuna Fatihə” yazacağıq".

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir