Modern.az

Amfibiya təyyarəmiz yanğın sahələrinə 165 ton su səpib

Amfibiya təyyarəmiz yanğın sahələrinə 165 ton su səpib

8 Avqust 2021, 19:26

Ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir