Modern.az

Qarabağa düşmən baxışı - Düşənbədən... (II yazı)

Qarabağa düşmən baxışı - Düşənbədən... (II yazı)

Analitika

9 Avqust 2021, 10:28

Beynəlxalq “Azadlıq” radiosunun Tacikistan Respublikası üzrə xidmətinin icmalçısı, tarixçi Kəmaləddin Nəcməddin oğlu Abdullayevin (1950)  2020-ci ilin 06 dekabr saylı elektron-internet nəşrində dərc edilən “Dağlıq Qarabağ ətrafında münaqişə: Düşənbədən baxış” məqaləsi sanki bu məzmunda “Ermənistan”da, Fransada, Yunanıstanda, MƏR-da, İİR-da, Hindistanda, Argentinada, Avstraliya İttifaqında... işıq üzü görən məlumatlara əsaslanaraq hazırlanmışdı. Müəllif-tarixçi kimi Azərbaycan tarixindən xəbərsizliyini ona irad tutmaq olmaz, amma yazdığında kobud səhvlər buraxırsa, təsdiqini tapmış tarixi faktları yanlış yozursa, Qarabağ bölgəsinə dair arxiv məlumatlarına istinad etmədən “erməni” sevgisindən doğan əsassız iddialarını ifadə edirsə, ilk növbədə tarixçi-ziyalı statusuna zərər vurmuş olur.

  
Adı çəkilən həmin yazıda irəli sürülən uydurmalarına diqqət yetirsək daha aydın olar.

  
Tacikistanlı “erməni”sevər yazısında Qafqaz bölgəsinin təbii-coğrafi sərhədlərini xatırlayır, hay-daşnak silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı ərazi iddialarının tarixinə nəzər salmaq cəhdi ilə öz yozumunda tarixi məlumatları xatırlayır-XVI əsrdən 1923-cü ilədək “Qərbi Ermənistan” Osmanlı Türkiyəsinin tərkibində olmuşdur (bu uydurmalarla haylar qulağımızı yağır edib) və xeyli qədim dövrlərdən İran-Fars imperiyasının şəhərlərində, xüsusilə İsfahan şəhərində gürcülər, “ermənilər” məskunlaşmışlar (niyyəti məlum hay xisləti ilə üst-üstə düşür bu mirzənin və son onilliklərdə beynəlxalq hay kilsəsi şəbəkəsinin müsəlman ölkələrində (Şimali Qafqazda, Orta Asiyada, Yaxın və Orta Şərq ölkələrində) fəal fəaliyyəti öz nəticəsini vermədədir) deyir.        

 
Müəllifə xatırlama: İbtidai insan-hay sürüsünün e.ə. II-I minilliklərdə Şərqi Afrika, Nil çayı-Qırmızı dəniz sahilləri,  Aralıq dənizi hövzələri, Balkan yarimadası boyunca miqrasiya məntəqələrini, bu ərazilərdə etnomorfoloji assimlyasiya mərhələsini keçərək, sonda etnoqrup-morfo-bioicma halında Balkan yarımadası-Ön Asiyada məskunlaşması (Bizans-Roma və Fars dövlətlərinin siyasi-hərbi təzminatları sayəsində) haqqında antik dövr mütəfəkkirlərinin (Herodot (e.ə.484-425)-“Tarix” traktı; Ksenofont (e.ə.IV əsr)-“Yunan tarixi” salnaməsi; Strabon (e.ə.63-24)-“Tarix” və “Coğrafiya” (16.1.19.) kitabları; İ.Flavi (37-95)-“İuda qədimliyi” əsəri, Mar Abbas Katina “Erməni tarixi”, II əsr…), orta əsrlər alimlərinin, XIX-XX əsr tədqiqatçılarının ((İ.I.Şopen (1798-1870)-“Qədim Qafqaz tarixinə yeni baxış…”(1866); P.Q.Butkov (1775-1857) - “Rusiya imperiyasının coğrafi-statistik lüğəti”(1865), “Qafqazın yeni tarixi-1722-ci ildən 1803-cü ilədək olan materiallar” (1869); V.A.Abaza (1831-1898) - “Ermənistanın tarixi” (1888); İ.M.Dyakonov (1914-1999) - “Erməni xalqının yaranma tarixi”, (1968); Q.A.Kanantsyan “Hayasa-ermənilərin beşiyi. Ermənilərin etnogenezisi və başlanğıc tarixi” (1947); “Qədim Kişik Asiya, ermənilərin başlanğıc tarixində tarixi-linqivistik mərhələ”, Ermənistan SSR EA-nın nəşri, (1956)…) əsərlərində kifayət qədər geniş elmi-nəzəri və teoloji qiymətlərə yer verilmişdir. Qeyd edilən tarxi-elmi mənbələr əski arxiv, dini-təsviri, salnamə, səfər-təəssürat, səyahət…məlumatlarına əsaslanır.

 
“Erməni dağlıq yaylası” toponiminin dəqiq elmi-nəzəri təhlili ayrıca bir yazının mövzusu olduğu üçün, yalnız bir cəhəti vurğulamaq yerinə düşər ki, Şərqi Afrikadan miqrasiya edərək Aralıq dənizi hövzəsinə və Balkan yarımadasına miqrasiya edən köçəri hay sürüsünün adı ilə çəkilən yaylanın etnogenetik orotoponim kimi formalaşmasında heç bir bağlılığı yoxdur.

  
Cənubi Azərbaycanın İsfahan şəhəri Müsəlman-Türk dünyasının Şərq memarlığını özündə yaşadan, Səfəvi xanədanın (1501-1803) XVI əsrdə I Şah Abbasın hakimiyyəti illərində (1587-1629) yüz ildən artıq paytaxtı olmuşdur, Azərbaycanlı türk memarlarının inşa etdikləri məşhur Nəqşi-Cahan meydanı YUNESKO-nun maddi-mədəni irs siyahısına daxildir, Şeyx Lütvəli və İmam Sultan məscidləri... sakral mədəniyyətimizin həm də memarlıq ifadəsidir.

 
Uzaq Asiya vadilərindən hay-daşnak sürüsünə tacik məhəbbətini çatdıran K.Abdullayev yazısında daha sonra Osmanlı Türkiyəsinə qarşı “erməni” xəyanətini pərdələyən “soyqırımı” uydurmasını xüsusilə vurğulayır və təəssüf edir ki, Türkiyə Cumhuriyyəti bu “faciəni” tanımaqdan hələ də imtina edir, bu “faciə”nin səbəkarı kimi unudulmaz general İsmayıl Ənvər paşanın (1881-1922) adını çəkir (suçlayır), 1922-ci il 4 avqustda Orta Asiyada Buxara əmirliyinin paytaxtı Balcuvan şəhəri yaxınlığında birləşmiş işğalçı rus-hay qüvvələrinə qarşı döyüşün adını çəkir, amma nədənsə Ənvər paşanı qətlə yetirən hay qatili Akop Melkonyanı “xatırlamır” (rəhmətliklər K.Marks (1818-1888) və F.Engelsin (1820-1895) sözü olmasın-“erməni” kabusu dünyanı bürüməkdədir).

 
Kamaləddin mirzo “Qarabağ” toponiminin təhlilinə də toxunub və bildirir ki, bu orotoponim Türk “Qara”) və fars (“bağ”) sözlərindən yaranıb, demə niyyəti başqaymış: bu ərazilərə (tarixinə, coğrafiyasına, maddi-mənəvi irsinə...) farsları da şərik etmək (deyəsən Şuşa şəhərindəki Gövhər Ağa məscidinin qapısı açıq qalıb).

  
Müəllifə xatırlama: Zəhmət çəkib, İran-Fars imperiyasının dövlətçilik tarixinə, mədəniyyətinin mərhələlərinə dair etibarlı mənbələri araşdırsa ona məlum olacaq ki, farsların türklərə deyil, əksinə Azərbaycan türklərinin nəinki İran-Fars dövlətinin, bütünlükdə Müsəlman-Türk dünyasına təsiri böyük olmuşdur.

  
Yazıda, müəllif belə bir suala aydınlıq gətirməyə çalışır-nəyə görə İran dövləti Rusiya və “Ermənistan”la bir cəbhədədir və açmasını  öz düşmən təfəkkürünə (hay-daşnak düşüncəsi ilə eyni olan) uyğun olaraq verir-çünki Azərbaycan Respublikası güclənərsə, 20 milyon nəfər cənublu Azərbaycan türkləri (əslində 35-40 milyon nəfər) İran dövlətində separatizm hərəkatına rəvac verə bilər.  

 
Müəllifə xatırlama: İxtisası tarixçi olsa da, yenə də əziyyət çəkib, tarixi faktlara-mənbələrə müraciət etsin, araşdırsın, Azərbaycan dövlətçiliyi timsalında İran dövlətinə qarşı əks davranışa rast gələ bilərmi? Bir fakt: sonuncu dəfə 2015-ci ildə ABŞ prezidenti D.Trampın Azərbaycan ərazisindən İrana qarşı istifadə təklifi ertələnmişdir, amma İran dövləti təcavüzkar, işğalçı “erməni”lərə bütün növ yardımları etməkdədir, özünün dindaşlarına qarşı vuruşmada.

 
Son nümunə: Ağdam rayonu ərazisində İran dövlətinin istehsalı olan minaatanlar aşkar edilmişdir.

 
Düşmən xislətini gizlədə bilməyən K.Abdullayev sual edir-nəyə görə əhalisi “erməni”lərdən ibarət olan, 3500-dən çox “erməni” kilsəsi, məbədi, qəbirstanlıqları olan Dağlıq Qarabağ Azərbaycana məxsusdur? Sözarası vurğulayır ki, burda az da olsa xristianlığaqədərki və müsəlman abidələrinə də rast gəlinir. Əlavə olaraq bildirir ki, Azərbaycanlı tarixçilər Qarabağın bütün “erməni” tarixi abidələrini Qafqaz Albaniyasının irsi kimi qələmə vermişdir, hətta XIII əsr yadigarı olan Dədəvəng məbədini də... 

 
Müəllifə xatırlama: Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 26 noyabr tarixli qərarı ilə ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (MİK-nin 7 iyul 1923-cü il tarixli dekreti və Azərbaycan SSR Ali Sovetinin 16 iyun 1981-ci il tarixli “Dağlı Qarabağ Muxtar Vilayəti haqqında” Qanunu daxil olmaqla) sahəsi 4,4 min kv.km olmuşdur, əgər bu ərazidə  “erməni” kilsələrinin sayı 3500-dən çoxdursa, onda hər kv. km-ə neçə kilsə düşər?

  
Kəlbəcər nahiyəsi daxilində olan Dədəvəng toponiminin etimoloji mənası sırf Azərbaycan türkü dilinin leksik-semantik tərkibinə uyğundur-“Elin, obanın, elatın, nəslin böyüyü-Dədənin ibadət etdiyi məkan, məbəd” mənasındadır, çünki, Qafqaz Albaniyasının etno-irqi tərkibində də Oğuz-Türk dilli xalqlar kökənli, etnik mənşəli olmuşdur.

 
 Əhali sayına gəldikdə isə haysevgili tacik balası bilməlidir ki, rus qafqazşünası N.İ.Şavrov 1911-ci ildə yazmışdır-Zaqafqaziyada yaşayan 1,3 milyon “erməni”nin 1 milyonu 1830-cu illərdə köçürülmüş, nəticədə 1832-ci ildə Qarabağ əhalisinin 64,4 faizi Azərbaycan türkləri, 34,8 faizi “erməni”lər olmuşdur.

 
1897-ci ildə Ümumrusiya əhalisinin siyahıya alınmasına görə Cavanşir (Şuşa) qəzasındakı 72,7 min nəfər əhalinin 52 mini (71,5%) Azərbaycan türkləri, 19,5 mini (26,8%) “erməni”lər idi...

  
Yəqin ki, Pamir dağlarından baxanda hay sürüsü qarışqa sürüsü kimi çox görünür K.Abdullayevin gözündə...


(ardı var)

Qismət  Yunusoğlu,  
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı