Modern.az

“Patı”nın dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanıldı

“Patı”nın dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanıldı

Hadisə

9 Avqust 2021, 11:30

Cəlilabadda “patı”nın dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Baxşəliyev,

Ə.Hümbətov, Z.Baxşəliyev, S.Abdullayev, N.İbadov, A.Əliyev və M.Musayev saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə narkotik vasitə heroin və "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə