Modern.az

Tarixi uğurun astanasında: Bu addım Türkiyəni ABŞ və Rusiya ilə eyni sıraya QOYACAQ

Tarixi uğurun astanasında: Bu addım Türkiyəni ABŞ və Rusiya ilə eyni sıraya QOYACAQ

Analitika

9 Avqust 2021, 15:36

Türkiyə hərbi sənayesi son illər ərzində böyük inkişaf yolu keçib. 

 

Modern.az xatırladır ki, qardaş Türkiyə xarici ölkələrin lisenziyalı silah istehsalından öz orijinal silah nümunələrinin hazırlanmasına başlayır.

 

Onilliklər boyu lisenziya əsasında xarici ölkə silahlarının istehsalı rəsmi Ankaraya böyük təcrübə qazandırıb. Belə ki, Türkiyə F-16 qırıcısının lisenziyalı istehsal hüququna malik 5 ölkədən biri sayılır.

 

Toplanmış təcrübə sayəsində Türkiyənin aviasiya sənayesi ABŞ-ın F-35 qırıcısından texniki göstəricilərinə görə, geri qalmayacaq 5-ci nəsil qırıcı təyyarə istehsalına başlayıb. F-35 təyarələri Türkiyəyə satılmalı olsa da, Ankaranın Moskvadan S-400 zenit-raket komplekslərini alması bu məsələyə mane olmuşdu.

 

Türkiyə Müdafiə Sənayesinin rəhbəri İsmayıl Dəmir 5-ci nəsil TF-X təyyarəsinin ilk uçuşunun 2023-cü ildə baş tutacağını açıqlayıb.

 

 

Türkiyənin Habertürk kanalına müsahibəsində o, TF-X təyyarəsinin F-35 qırıcısının yerini doldurmalı olduğunu qeyd edib.

 

“Layihə üzərində 600 mühəndis çalışır. 2023-cü ildə biz qırıcını anqardan çıxaracağıq və onun ilk uçuşunu həyata keçirəcəyik. Çalışacayıq ki, 2025-2026-cı ilə qədər qırıcı tam istimsara verilsin. Bu layihənin çox ambisiyalı və çətin olacağını bilirəm. Daha 5-6 il təyyarəni orduya daxil etmək üçün istifadə olunacaq”.

  

İsmayıl Dəmirin açıqlaması təyyarənin artıq maket və eskiz formasında deyil, aktiv planlaşdırma mərhələsində olması və işlərin sürətlə aparılmasından xəbər verir.

 

Bu mənada, Türkiyə hərbi sənayesinin Çinlə eyni yol keçdiyini söyləmək olar. Belə ki, rəsmi Pekin də əvvəl Rusiya texnikasının lisenziyalı istehsalını həyata keçirirdi. Qazanılmış təcrübədən sonra hazırda Çin öz silah nümunələrini hazırlamaqla, dünya silah bazarında ABŞ və Rusiyaya ciddi rəqib olub.

 

Pilotsuz uçuş aparatları istehsalında irəliyə doğru böyük sıçrayış edərək, dünyada bu sahədə 4-cü yerdə qərarlaşan Türkiyə silah istehsalında nəhəngə çevrilməyə yaxındır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır