Modern.az

“Müasir Azərbaycanın milli sərvəti - AŞIQ SƏNƏTİ” adlı tədbir keçirilib - FOTOLAR

“Müasir Azərbaycanın milli sərvəti - AŞIQ SƏNƏTİ” adlı tədbir keçirilib - FOTOLAR

Aktual

23 Oktyabr 2012, 14:21

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi milli sərvətlərimizin qorunması və təbliği sahəsində yeni bir layihəyə start verib. “Müasir Azərbaycanın milli sərvəti – AŞIQ SƏNƏTİ” adlı layihə mütəmadi olaraq davam etdiriləcək.
İctimai Birlikdən Modern.az-a bildirilib ki,  silsilə tədbirlərdən birincisi ölkəmizdə yüksək reytinqə malik olan Qafqaz Universitetində keçirilib. Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyat, musiqi adamları, aşıq sənətini yaşadan insanlar iştirak ediblər.
Professor Məhərrəm Qasımlı aşıq sənəti barədə gənclərə ətraflı məlumat verib. Əməkdər incəsənət xadimi Ədalət Dəlidağlının,  Mehdi Məsimovun və gənc aşıqların ifasında aşıq havaları səsləndirilib.





Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?