Modern.az

“Deputatların etik davranış kodeksi" növbəti sessiyada müzakirəyə çıxarılacaq

“Deputatların etik davranış kodeksi" növbəti sessiyada müzakirəyə çıxarılacaq

Parlament

23 Oktyabr 2012, 16:02

“Deputatların etik davranış kodeksi” adlı qanun layihəsi növbəti sessiya zamanı Milli Məclisin müzakirəsinə çıxarılacaq”. Bunu Modern.az-a açıqlamasında qurumun Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli bildirib.

Qeyd edək ki, Ə. Hüseynli plenar iclasların birində ali qanunverici hakimiyyətin nümayəndələri hesab olunan deputatların etik davranışını tənzimləyən sənəd hazırlandığını bildirib. Deputatlar ayrı-ayrılıqda buna etiraz edərək qanun layihəsinin əleyhinə çıxmışdı.  

“Layihənin gələcək müzakirəsi zamanı çıxışımı və fikirlərimi arqumentləşdirilmiş şəkildə ortaya qoyacağam və məsələnin əleyhinə olan millət vəkillərinə bu arqumentləşdirilmiş fikrimi söyləyəcəyəm“, – deyə Ə. Hüseynli mümkün etirazlar zamanı nə edəcəyi ilə bağlı münasibətini bildirib.  

Şahanə Rəhimli   
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır