Modern.az

YENİ BÖLMƏ: Zəngəzur xəbərləri Modern.az-da

YENİ BÖLMƏ: Zəngəzur xəbərləri Modern.az-da

10 Avqust 2021, 16:57

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi Zəfərdən sonra bütün diqqətlər Zəngəzur dəhlizi layihəsinə yönəldi. Hazırda bu istiqamətdə işlər gedir və əminik ki, tezliklə tarixi Azərbaycan torpağı olan Zəngəzurda regionun iqtisadi mənzərəsini dəyişəcək böyük nəqliyyat infrastrukturu qurulacaq.    

 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonu (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl) yaradıldı. Bununla da yalnız Şərqi deyil, 101 il əvvəl əlimizdən alınmış Qərbi Zəngəzurun da Azərbaycanın ayrılmaz hissəsi olduğu bütün dünyanın diqqətinə çatdırıldı. 

 

"Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm" - Prezident İlham Əliyevin bu çıxışından sonra dövlət və xalq olaraq əsas hədəfimiz şanlı tariximizdə xüsusi yeri olan Zəngəzurdur.

 

Hamılıqla diqqətimiz ora yönəlib. Qəlbən inanırıq ki, bu doğma torpaqlarımıza tezliklə geri dönəcəyik və üçrəngli, ay-ulduzlu bayrağımızı Zəngəzurda dalğalandıracağıq.

 

Əlbəttə, o gün uzaqda deyil. 30 illik Qarabağ həsrətinə son qoyduğumuz kimi, gün gələcək "Əziz Zəngəzur, biz qayıtdıq" deyib, növbəti Zəfərin sevincini yaşayacağıq...

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Zəngəzurlə bağlı önəmli siyasi, iqtisadi, sosial və hərbi xəbərləri özündə cəmləşdirən yeni bölmə yaradıb.    

 

Saytımızda "ZƏNGƏZUR" bölməsinə daxil olan oxucularımız yalnız Şərqi Zəngəzurla bağlı deyil, həmçinin, Qərbi Zəngəzur (Gorus, Mehri, Qafan, Sisian) barədə də dolğun məlumatlar əldə edə biləcəklər.     

 

Yaxın günlərdə Zəngəzura həsr olunmuş araşdırma yazıları, müsahibə və reportajları oxuculara təqdim edəcəyik...     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı