Modern.az

Hacı ilə Rəfaelə 300, Stadnikə 150 min veriləcək - YENİLƏNİB

Hacı ilə Rəfaelə 300, Stadnikə 150 min veriləcək - YENİLƏNİB

12 Avqust 2021, 17:40

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafat veriləcək.

 

Həmçinin, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

 

Belə ki, Azərbaycan idmançıları və onların məşqçilərini Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

 

1.İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

 

2.Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

 

3.Komandanın baş məşqçisi-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

 

Məlum olduğu kimi, Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycan yığması üçü gümüş və dördü bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Karateçilər İrina Zaretska (+61 kq) və Rəfael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) Azərbaycanın Olimpiya yığmasına gümüş medal qazandırıblar.

 

Qadın güləşçi Mariya Stadnik (50 kq), Yunan-Roma üslubu üzrə güləşçi Rafiq Hüseynov (77 kq), boksçu Alfonso Dominquez (81 kq) və cüdoçu İrina Kindzerska (+78 kq) isə olimpiadanı bürünc medalla başa vurublar. 

 

Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycanı 44 idmançı təmsil edib.

 

Modern.az-ın araşdırması zamanı məlum olur ki, gümüş medal qazanan idmançılara ümumilikdə (3 gümüş medal) 900 min manat, yarışlarda bürünc medal qazananlara isə (4 bürünc medal) 600 min manat pul veriləcək.

 

Ümumilikdə idmançılara veriləcək pul mükafatı 1 milyon 500 min manat təşkil edir.

 

Bundan əlavə, ikinci yerin qalibi olan idmançının şəxsi məşqçisinə 150 min manat mükafat nəzərdə tutulub. İdmançılar 3 gümüş medal qazandığından onların şəxsi məşqçiləri üçün nəzərdə tutulan vəsait 450 min manatdır.


Üçüncü yerin qalibi olan idmançının şəxsi məşqçisi üçün 75 min manat mükafat ayrılıb. 4 idmançı bürünc medal qazanıb ki, onların şəxsi məşqçiləri üçün nəzərdə tutulan vəsait 300 min manatdır.

 

Məşqçilər üçün nəzərdə tutulan pul mükafatı 750 min manat təşkil edir.

Qeyd edək ki, qalib idmançılar və məşqçilərə veriləcək ümumi məbləğ 2 milyon 250 min manatdır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı