Modern.az

XTQ-nin “Qarabağ” ordenli şəhid kapitanı... - FOTO

XTQ-nin “Qarabağ” ordenli şəhid kapitanı... - FOTO

Aktual

13 Avqust 2021, 14:47

Vətən Müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadənin doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, H.Hüseynzadə 13 avqust 1990-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vuraraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Taqım komandiri vəzifəsindən xüsusi təyinatlı taborda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsinə, “kapitan” hərbi rütbəsinədək yüksəlib.

 

Xidmət etdiyi müddət ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, komandanlığın etimadını doğruldub, hərbi kollektivin hörmət və rəğbətini qazanıb.

 

Kapitan Hüseynzadənin xidmətləri həmişə yüksək qiymətləndirilib və o, “Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub.

 

Ölümündən sonra Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik və mərdlik nümunələri göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir