Modern.az

İvanişvilidən şok açıqlama: “Bir ildən sonra siyasəti tərk edəcəyəm”

İvanişvilidən şok açıqlama: “Bir ildən sonra siyasəti tərk edəcəyəm”

Dünya

24 Oktyabr 2012, 15:42

“Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvili bir ildən sonra siyasəti tərk edəcək. Modern.az RİA-Novosti-yə istinadən bildirir ki, o bu barədə bu gün parlamentdə azlıqda olan deputat qrupu ilə görüşündə bəyan edib.

“Əvvəl mən demişdim ki, siyasətdə 2-3 il olacağam. Artıq bir ildir mən siyasətlə məşğulam.  Parlament seçkilərində qələbədən sonra mən daha konkret danışa billərəm - mən il yarımdan sonra siyasəti tərk etmək niyyətindəyəm. Amma ölkədən heç yana getməyəcəyəm”-deyə İvanişvili bildirib. 

O həmçinin bildirib ki, siyasətdən getdikdən sonra koalisiyanın vədlərini yerinə yetirməsi üçün komandasını hakimiyyətdə saxlayacaq.
“Siyasətdən gedərkən vədlərlə bağlı üzərimə götürdüyüm məsuliyyətdən imtina etmirəm. Mən ictimai sektorun ən fəal üzvlərindən olacağam”-deyə İvanişvili vurğulayıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub