Modern.az

Milli Məclisin növbəti iclasının vaxtı dəqiqləşdi - mitinqlərlə bağlı cərimələrin artırılmasına baxılacaq

Milli Məclisin növbəti iclasının vaxtı dəqiqləşdi - mitinqlərlə bağlı cərimələrin artırılmasına baxılacaq

24 Oktyabr 2012, 15:48


Modern.az
saytının xəbərinə görə, Milli Məclisin növbəti plenar iclasının vaxtı müəyyənləşib. Bu barədə əməkdaşımıza Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, iclas noyabrın 2-də olacaq, artıq iclasın gündəliyi də məlum olub. Gündəliyə 12 qanun layihəsi salınıb.

A.Təvəkküloğlu bildirib ki, noyabrın 2-də insan alverinə qarşı mübarizədə milli koordinatorun məlumatı dinləniləcək.
““Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”ya dair Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi və bunun kimi bir neçə sazişlər də gündəliyə salınıb”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, daha sonra əsas məsələlər məcəllələrdə dəyişikliklərdir. Akif Təvəkküloğlunun sözlərinə görə, Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, habelə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna dəyişiklik müzakirə olunacaq.

A.Təvəkküloğlu qeyd edib ki, “Mədəniyyət haqqında” Qanunun ikinci oxunuşda müzakirəsi olacaq.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?