Modern.az

Nazirliyin yeni saytı fəaliyyətə başladı

Nazirliyin yeni saytı fəaliyyətə başladı

Aktual

24 Oktyabr 2012, 16:09

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsi istifadəyə verilib. (www.eyar.maliyye.gov.az) Bu barədə Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, saytda ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə, o cümlədən əhalinin maarifləndirilməsinə  xüsusi diqqət yetirəcək.

Bildirilib ki, istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən zərgərlik məmulatlarına sahib olmaları və bu növ fəaliyyətlə məşğul olan sahibkarları ətraflı məlumatlandırmaq üçün saytda bölmələr açılıb. Həmçinin, sayta məmulatların qəbulu, lisenziya, ad damğalarının qeydiyyatı və digər məsələlrlə bağlı ərizə formaları, o cümlədən qiymətli metallarla bağlı məlumatlar da yerləşdirilib.

Bundan başqa,  saytda “Elektron xidmətlər”, “Dövlət rüsumları”, “Məktub yazmaq”, “Qəbul günləri” kimi bölmələr də fəaliyyət göstərir. Ənənəvi rublikalarla yanaşı, rəsmi internet səhifəsində Dövlət xidməti ilə  bağlı xəbərlər və press-relizlər mütəmadi olaraq təqdim olunur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir