Modern.az

Səttar Mehbalıyevdən KİV-ə sərt mesaj: “Mənim siz jurnalistlərə yazığım gəlir” - MÜSAHİBƏ

Səttar Mehbalıyevdən KİV-ə sərt mesaj: “Mənim siz jurnalistlərə yazığım gəlir” - MÜSAHİBƏ

Müsahibə

24 Oktyabr 2012, 17:03

AHİK-in sədri: “Bakcell, Azercell, bp işçilərin əməyi hesabına milyardlar qazanır, amma işçilərinə heç bir şərait yaratmır”

Modern.az bundan öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin iri transmilli şirkətlərin həmkarlar ittifaqı yaratmaqda işçilərə mane olduqlarına dair fikirlərini dərc etmişdi. Daha sonra bir neçə şirkətdən bu ittihhamlarla bağlı münasibət öyrənmişdik. İri şirkətlər- Azercell, bp, “Coca-Cola” həmkarlar ittifaqının yaradılmasına dair işçilər tərfindən heç bir müraciət olunmadığını bildirmişdilər.

Modern.az-a müsahibə verən  millət vəkli Səttar Mehbalıyev transmilli şirkətləri yanlış rəy yaratmaqda ittiham edib. 

“Bu şirkətlər nə vaxt Qarabağ əlili olan işçilərinə mənzil alıb verib?”

- Adlarını sadaladığımız iri transmilli şirkətlər onlara həmkarlar ittifaqının yaradılması ilə bağlı müraciətlərin edilmədiyini, eyni zamanda işçilərə sosial şəraitin yaradıldığını və güzəştlər verildiyini bildiriblər. Bu, dünya praktikası ilə müqayisədə  iri transmilli şirkətlər üçün qəbul edilən haldırmı?

 - Şirkətlər deyirlər ki, bütün sosial məsələləri həll etmişik. Bu şirkətlərdə heç bir sosial məsələ həll edilməyib. Bakcell, Azercell, bp-də çalışanların əməyi hesabına şirkət rəhbərləri gəlir götürürlər. Bu şirkətlər nə vaxt hansısa şəhid ailəsinə, Qarabağ əlili olan işçilərinə mənzil alıb veriblər? Hansı şəraiti yaradıblar? Təbii ki, heç birini.  Bu şirkətlər bəyəm işçiləri üçün əlavə güzəştlər nəzərdə tuturlar, yoxsa onları istirahətə göndərirlər? Bu şirkətlərdə heç bir əlavə güzəştlər nəzərdə tutulmur. Amma neft -qaz sənayesi işçilərinin həmkarlar təşkilatı arasında bağlanan tarif sazişləri əsasında bu yaxınlarda neft sahəsində çalışanlara 400-ə yaxın güzəştli şərtlərlə, kooperativ əsaslarla ev veriləcək. Bəs onlar bunu niyə etmir? Onların da  axı milyardlarla dollar gəliri olur. O şirkətlərdə işləyənllərin bəzilərinin uşaqları ödənişlii əsasla  universitetlərdə oxuyur. Bu işçilərin öz övladlarının təhsil haqqını ödəmək imkanı olmur.

Dövlət Neft Şirkəti və biz bu məbləği ödəyirik. Adlarını çəkdiyniz şirkətlərdən hansı biri işçi üçün bunu edir? Biz güzəştli şərtlərlə “putyovka” veririk. Bu da bağladığımız kollektiv müqavilələrdə əks olunub. Məsələn, ailədə 4 nəfər dincəlməyə gedirsə, xərcin 15% ni ödəyir. Bəzi sahə həmkarlar ittifaqı isə müqavilə bağlayıblar ki, o 15 faiz də müəssisənin gəliri hesabına ödənilsin. İşçi dincəlməyə pulsuz gedir. Bəs bu şirkətlər nə iş görürlər?

İstər Azercell, istərsə də Bakcell və s. şirkətlər olsun, biz onlarla görüşəndə deyirlər ki, camaat həmkarlar təşkilatını yaranmasını  istəmir. Əvvəlcə bir işçilərlə görüşmək lazımdır. Biz qarışıq və sırf xarici sərmayəyə əsaslanan müəssisələr və digər şirkətlərin 50 faizində sahə həmkarlar təşkilatını yaratmağa nail olmuşuq. Tək orada deyil.  Bu yaxınlarda neft-qaz sənayesi işçilərinin həmkarrlar ittifaqının qurultayı oldu və qurultayda bu məsələ ilə bağlı söhbət etmişik. Onlar artıq  “Bahar” neft yatağının işçiləri ilə həmkarlar ittifaqının yaradılması üçün görüşəcəklər.

“Elə bir söhbət ola da bilməz”

- Bir sıra QHT rəhbərləri belə bir ittiham irəli sürürlər ki, işçilərin konfederasiyaya müraciəti zamanı şirkət rəhbərliyinin icazəsi olması məsələsinə xüsusi önəm verirsiniz.

- Elə bir söhbət ola da bilməz. Əslində fəhlələr özləri bizə gəlib müraciət edirlər. Biz də onları dəstəkləyirik. Şirkət rəhbərliyinin istəyib-istəməməyindən aslı olmayaraq, vətəndaşların həmkarlar ittifaqı yaratmaq istəyinə “yox” deyə bilmərik. Bu yaxınlarda Neftçalada transmilli şirkətin işçiləri mənimlə görüşdülər. Onlara iş yerində toplantı keçirməyə və həmkarlar təşkilatı  yaratmağa imkan vermirdilər. Biz onlara başa saldıq və bunu  parkda yaratdılar. İndi normal işləyib fəaliyyət göstərirlər. İşəgötürənlə də münasibətləri yaxşıdır. Məqsədimiz odur ki, sahə həmkarlar təşkilatı kollektivə girsin, fikirlərini öyrənsin. Kollektivin adına hansısa işəgötürən məmur danışmasın. Birbaşa həmkarlar təşkilatı ilə işçilər arsında münasibət yaransın.

 “Jurnalistlərin məgər  hüquqları  qorunur?”

- Jurnalistlər arasında həmkarlar təşkilatı sahəsində durumu necə qiymətləndirirsiniz ?

- Jurnalistlərin məgər hüquqları  qorunur?  KİV rəhbərləri jurnalistləri əlavə saatda işlədirlər, bayram günlərində işlədiklərinin əvəzi verilmir.  Bəs siz jurnalistlər niyə kollektiv müqavilə bağlamırsınız? Belə müqavilə bağlayın. Qoy  işlədiyiniz müəssisənin gəlirlərindən sizin də problemləriniz həll edilsin. Biz “Lider” telekanalında həmkarlar təşkilatı yaratmaq üçün danışmışdıq. Hələ də qalıb. Mənim siz jurnalistlərə yazığım gəlir. Bu təşkilat sizin üçündür, mənim üçün deyil. Həmkarlar təşkilatını siz formalaşdırmalısınız.

Şahanə RƏHİMLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?