Modern.az

Gülər Əhmədovadan yeni xəbər var

Gülər Əhmədovadan yeni xəbər var

Ölkə

24 Oktyabr 2012, 17:36

Gülər Əhmədovaya məxsus "Mərkəz" qəzeti və merkez.az saytında işçilərin maaşlarının gecikdirilməsi barədə medianın dərc etdiyi xəbərdən sonra dünən sabiq deputat redaksiyanın yerləşdiyi Hökumət Evinə gəlib.
Modern.az
saytının xəbərinə görə, Gülər Əhmədova əməkdaşların gecikən əməkhaqlarının cüzi bir hissəsini ödəyib. Daha sonra o, işçilərə bildirib ki, növbəti həftənin əvvəlində yenidən işə gələrək, "Mərkəz" qəzeti ilə bağlı son qərarını açıqlayacaq. Eks-millət vəkili bildirib ki, bu qərar sözügedən nəşrin ya bağlanacağı, ya da fəaliyyətinə davam edəcəyilə bağlı olacaq.
Məlumatı "Mərkəz"in əməkdaşları da təsdiqləyiblər.
Buna baxmayaraq, əməkdaşların bir çoxu artıq indidən yeni iş yeri axtarmağa başlayıblar.  

Qeyd edək ki, Respublika Uşaq Təşkilatının sədri olan Gülər Əhmədova həm də "Mərkəz" qəzeti və merkez.az saytının baş redaktorudur. Bu təşkilatlar hazırda Hökumət Evində  yerləşir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir