Modern.az

Oğuzda ailə faciəsi: ata və oğlu qəzaya düşdü

Oğuzda ailə faciəsi: ata və oğlu qəzaya düşdü

Hadisə

15 Avqust 2021, 13:34

Oğuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə saat 12:30-da Qaraməryəm – İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində olub.

 

Hərəkətdə olan minik avtomobili ilə qoşqulu motosiklet toqquşub.

 

Qəza zamanı motosikletdə olan bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

İlkin məlumata görə, motosikletdə olanlar Oğuz rayon sakinləridir. Onlar ata və oğuldur. Qəza zamanı həyatını itirən oğuldur.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır