Modern.az

Paytaxtda dəhşətli tıxac - Hərəkət dayandı

Paytaxtda dəhşətli tıxac - Hərəkət dayandı

Aktual

24 Oktyabr 2012, 20:42


Bu gün axşam saatlarında Bakı şəhərində dəhşətli tıxac yaranıb. Paytaxtın 3-cü mikrorayon dairəsindən başlayan tıxac Bakı-Sumqayıt  avtomagistralınadək böyük bir ərazisi əhatə edir.  Əməkdaşımızın sözlərinə görə, artıq bir neçə saatdır ki, Bakının mərkəzindən metronun "20 yanvar" stansiyası və eləcə də Bakı Avtovağzal kompleksinə doğru bütün yollarda avtomobillərin hərəkət tamamilə dayanıb. Hətta, insanlar “Şamaxinka” və "20 yanvar" dairəsindən Bakı Avtovağzal kompleksinə kimi  piyada getmək məcburiyyətində qalıblar. Əraziyə cəlb olunan yol polisi əməkdaşlarının səylərinə baxmayaraq tıxacı aradan qaldırmaq mümkün olmayıb. Hazırda paytaxtın müxtəlif istiqamətlərində də analoji vəziyyət müşayiət olunmaqdadır.

Qeyd edək ki, Bakıda keçiriləcək FORMULA-1 yarışları ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti dayandırıldığından mərkəzi küçələrdə böyüki tıxaclar meydana gəlib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir