Modern.az

Qarabağa düşmən baxışı - Düşənbədən...  (III Yazı)

Qarabağa düşmən baxışı - Düşənbədən...  (III Yazı)

16 Avqust 2021, 12:43

Sərhədləri region üçün əhəmiyyətli sayılan təbii-coğrafi və tarixi bölgələri əhatə edən Bütöv Azərbaycana düşmən niyyətlə göz dikənlər zaman-zaman mövcud olmuş, dövlətimizə və xalqımıza qarşı uydurmaları, saxtakarlıqları, mənfur xislətləri... olduğu kimi qalır,  amma “qabığları” dəyişilmişdir. Maraqlı cəhət odur ki, bu düşmənlər eyni “cəbhə xətti”ndə olduqlarından, dini-irqi, milli-etnik mənsubiyyətindən asılı olmayaraq eyni məzmunlu təxribatları təkrarlayırlar.

  
Orta Asiyada, paytaxt Düşənbə şəhərində hay kilsəsinin etibarlı tərəfdarlarından və sözçülərindən olan, “Azadlıq” radio-informasiya xidmətinin eksperti Kamaləddin Nəcməddin oğlu Abdullayevin “Dağlıq Qarabağ ətrafında münaqişə: Düşənbədən baxış” yazısında  tarixi faktların təhrif edilməsi açıq-aşkar görünür-hay sürüsünün bütün anlamlarda Azərbaycan dövlətinə və xalqına qarşı haqsız hücumlarına zorla da olsa, haqq qazandırmaq naminə.

  
Bu cür yanaşma  ixtisasca tarixçi olana şərəf və ləyaqət qazandırmır, əksinə...


Əvvəlki yazılarımızda K.Abdullayev tərəfindən adı çəkilən materialında buraxdığı kobud səhvlərə dair məlumat versək də, digər yalan mülahizələri cavabsız qalmışdı, indi  o barədə.

  
Tacik əsilli hay havadarının yazısının ümumi ruhu “fars-erməni”genetik bağlılığının əski kökləri üzərində kökləndiyindən saxta mülahizələrini Azərbaycanın kökənli tarixi-coğrafi, maddi-mədəni irsinin ya fars, ya da hay mənşəli olması ilə əlaqələdir. Tarixi mənbələrdə və kartoqrafik təsvir vasitələrində Qafqaz Albaniyasının bəzən Arran (Aran) kimi adlanması müəllifə görə bu toponimin fars mənşəli olması ilə bağlıdır və həyasız haylar kimi iddia edir  ki, o dövrdə bu ərazilərdə yaşayanların (yəni, əksəriyyəti Azərbaycan türkləri olanlar-Q.Y.) türkdilli xalqlarla etnogenetik bağlılığı barədə Azərbaycan tarixçilərinin elmi nəzəriyyələri əsassızdır, fikrinə dəstək kimi danimarkalı arxeoloq Paluden-Müller Karstenin adını da qoşur.

  
Müəllifə xatırlama- “Arran”(Aran) orotoponimi fars yox, türk mənşəli termindir, ilk növbədə Kür-Araz ovalığının düzən hissələrinə (okean səviyyəsindən aşağı qalan hövzəsinə) aid olan ərazilərə şamil edilir. Tarixi, coğrafi məkanın ekotəbii şəraitinə (düzən, geniş hamar səth) uyğun olaraq “örən yer”, “quraq ərazi”mənasındadır, Mil düzündə Örənqala yaşayış məskəni (müasir Beyləqan şəhərindən 17 km şimal-qərbdə yerləşən, XII-XIV əsrlərin məşhur şəhəri) mövcud olub, “örənlik”(quraqlıq) sözündən indi də istifadə edilir. Yəni, bu termin və toponim Altay dil ailəsinin digər xalqlarının da söz lüğətində yer tutur (Ural (Ərol) dağları hövzəsindəki “Orenburq” (şəhər) toponimi  əslində “Örənbənd” orotoponiminin təhrifidir).

 
Qafqaz Albaniyasının əski tarixinə mənsub xalqlarının türkdilli olmasını yunan coğrafiyaşünası Strabon (e.ə.I- e.I əsrlərdə) “Coğrafiya” əsərində qeyd etmiş və bildirmişdir ki, bu ərazilərdə yaşayan 28 ən böyük tayfa-qəbilə birliklərinin 26-sı türkdilli olmuşdur (o zaman hay sürüsü Aralıq dənizi hövzəsində köçəri-qaraçı həyatı sürürdü).

 
Norveç Mədəni İrs institutunun baş direktoru Paluden-Müller Karsten isə “erməni” sevgisinə görə tacikli yazardan heç də geri qalmır. Hay sevgili bu arxeoloq Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keşirilən (dekabr, 2015-ci il) IV Beynəlxalq Mədəniyyət forumunun “Mədəni irsin qorunması” bölməsindəki çıxışında əsas diqqətini Türkiyə Cumhuriyyəti ərazisindəki “erməni” milli-tarixi abidələrinin müasir vəziyyəti və onların mühafizə edilməsi məsələlərinə yönəltmişdir. Məlumat üçün bildirirəm ki, P.M.Karsten sənətşünaslıq doktoru , müxbir üzv A.Y.Kazaryanın baş redaktor olduğu Rusiya elmi-tədqiqat Şəhərsalma və Atxitektura nəzəriyyəsi və tarixi institutunda buraxılan “Arxitektura nəzəriyyəsi və tarixi” jurnalının redaksiya heyətinin üzvüdür...

  
Tarixi Qarabağ bölgəsinə yönəlik hay kilsəsinin,“erməni”lərin işğalçılıq siyasətinə haqq qazandırmağa çalışan K.Abdullayev özünün inandığı uydurmalara P.M.Karstenlə yanaşı, ingilis jurnalisti-tədqiqatçısı Tomas de Vallın da adını çəkir və guya, bu münaqişəyə səbəb SSRİ-nin inzibati-amirlik sistemi bais olub, bu sistemin səhvlərindən biri də “erməni”lərin yaşadığı ərazidə 1923-cü ildə muxtar vilayətin yaradılması (yəni, hayların hüquqlarının pozulması şərti ilə) idi. Və bir tarixçi kimi sonuncunun mülahizəsi ilə razılaşdığını bildirir.

  
Müəllifə xatırlama-Tarixi bilgilərlə dəqiq mənbələr əsasında tanış olsa K.Abdullayevə məlum olar ki, hay kilsəsinin yüzilliklər boyunca böyük güclər tərəfindən himayə edilən mürtəce fəaliyyətinin nəticəsi olaraq (və onların istəyi kimi) XX əsrin əvvəllərində Azərbaycan Cumhuriyyəti ərazisində 2 hay qurumu yaradılmış (Qərbi Azərbaycan ərazisində “Ermənistan”, Qarabağ bölgəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti”), Azərbaycan dövlətinin bütövlüyü parçalanmış və uzunmüddətli gələcək məkrli niyyətləri üçün mürtəce hərbi-siyasi, inzibati-iqtisadi şəraitin bünövrəsi qoyulmuşdur. Bütün bunlar hay kilsəsi ilə rus ali siyasi-hərbi qurumlarının ilişgiləri sayəsində törədilmiş və çox təəssüf ki, bu cəbhə hələ məhv edilməmişdir. Çünki, “Dağlıq Qarabağ” termininin ləğvi, bu adda inzibati-ərazi vahidinin olmaması barədə məlumatlar dünya çapında yayılsa da, K.Abdullayev və onun kimilər özlərini hələ də “xəbərsiz” kimi aparırlar...

  
Amma, tarixi məlumatla-bilgi ilə tanış deyil ki, Qarabağ bölgəsinin təbii-coğrafi və etnogenetik, iqtisadi-mədəni, milli-mənəvi...irsinin türk mənşəli olması onun adından, ünvanından başlayaraq daşına, torpağına kimi bu ruhdadır, yad, yabançı ruha uyğunlaşa bilməz. Hay kilsəsi, hay sürüsü, onları sevən, onlara havadarlıq edənlərin sayından, savadından, irqindən, milliyətindən, cinsindən... asılı olmayaraq bu mövzuya nə qədər yamaq vursalar da xeyri yoxdur, yamağın izi olmaz...

  
K.Abdullayev kimilər ha çalışsalar ki, “erməni”lərlə qan-məfkurə qohumluğuna əsaslanan himayədarlığına rəğmən Qarabağın Azərbaycanın qəlbindən qopardılaraq haylara verilməsi üçün müxtəlif hərbi-siyasi bəhanələri (bölgədə müharibə təhlükəsi...) gətirsinlər, beynəlxalq güc mərkəzlərinə üz tutsunlar (ABŞ, Qərbi Avropa dövlətlərinin, Rusiya Federasiyasının himayəsi altında), Türk-müsəlman dünyasının güclənməsi “təhdidindən” bağırsınlar (Böyük Turan birliyinin yaranması)... artıq xeyiri yoxdur, zaman və tarix XXI əsri göstərir.Yəni, artıq K.Abdullayev kimilər (ya fərd, ya dövlət, fərq etməz) hiss edirlər ki, Cənubi Qafqazda (elə Cənubi Azərbaycanda da) Bütöv Azərbaycanın əzəli, tarixi, coğrafi sərhədlərinin bərpası, ədalətli yerini tutması tarixin qaçılmaz zərurətinə çevrilməkdədir, bu prosesin qarşısı alınmazdır, farslar da, ruslar da... artıq bunun fərqindədir, yoxsa dünyanın hər künc-bucağından bu cür səs çıxarmazdılar ki...



Qismət  Yunusoğlu,  
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir