Modern.az

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

İqtisadiyyat

16 Avqust 2021, 13:12

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% artaraq 17,692 mlrd. ABŞ dolları təşkil edib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, cari ilin yeddi ayında Azərbaycan xarici ölkələrə 11,394 mlrd. dollarıq məhsullar ixrac edib və 6,298 mlrd. dollarıq idxal həyata keçirib. Bu, illik müqayisədə 24,8% və 6,7% çoxdur. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5,096 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 57,7% çoxdur.

 

Qeyd olunub ki, yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib. Azərbaycanın yeddi ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, İspaniya və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 357,7 milyon ABŞ dolları, İspaniyaya 514,4 milyon dollar, Xorvatiyaya isə 497,4 milyon dollar təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir