Modern.az

“Azərsu”dan köçkünlərə yardım

“Azərsu”dan köçkünlərə yardım

Aktual

26 Oktyabr 2012, 11:02

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qurban bayramı münasibətilə Saatlı rayonunda müvəqqəti məskunlaşmış  qaçqın və məcburi köçkün ailələrinə   ərzaq yardımı edilib. “Azərsu”dan verilən məlumata görə, un, yağ, şəkər tozu, qənd,  düyü və digər ərzaq məhsullarından ibarət ərzaq yardımı Saatlı rayonunun Nərimankənd və Əlisoltanlı kəndlərində məskunlaşmış Cəbrayıl, Füzuli, Ağdam, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib. “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər.


  Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər