Modern.az

Əfqanıstanın hərbi təyyarəsi vuruldu

 Əfqanıstanın hərbi təyyarəsi vuruldu

Dünya

16 Avqust 2021, 17:14

Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri Əfqanıstana məxsus təyyarəni vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu, bu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd olunub.

 

Məlumata görə, pilotların hər ikisi sağdır. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?