Modern.az

İranda koronavirusdan daha 655 nəfər öldü

İranda koronavirusdan daha 655 nəfər öldü

Dünya

16 Avqust 2021, 19:36

İranda son sutkada 41 min 194 nəfər virusa yoluxub, yoluxanlardan 655-i dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 467 min 15 nəfər, ölənlərin sayı isə 98 min 483-ə çatıb. Bu günədək xəstəxanalarda müalicə alan 3 milyon 757 min 157 nəfər sağalaraq evə buraxılıb.

 

Xatırladaq ki, İranda koronavirus hallarının artması ilə ölkədə sərt karantin rejimi tətbiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?