Modern.az

G7 liderləri Əfqanıstanı müzakirə edəcək

G7 liderləri Əfqanıstanı müzakirə edəcək

Dünya

16 Avqust 2021, 21:28

Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Conson yaxın günlərdə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün G7 liderlərinin virtual görüşünə ev sahibliyi etmək niyyətində olduğunu bildirib.

 

Liderlər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ortaq qətnamə üzərində birlikdə çalışmaq barədə razılaşma əldə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?