Modern.az

MDB-nin sammiti təxirə salındı: səbəb açıqlanmır

MDB-nin sammiti təxirə salındı: səbəb açıqlanmır

27 Oktyabr 2012, 14:18

MDB dövlət başçılarının noyabr ayına planlaşdırlımış iclası qeyri-müəyyən vaxta təxirə salınıb.  Modern.az bildirir ki, bu barədə MDB İcraiyyə Komitəsindən açıqlama verilib. 
“Hazırda sammitin keçirilməsi ilə bağlı tarix MDB dövlət başçıları ilə dəqiqləşdirilir”-deyə Komitədən vurğulanıb. Diplomatik mənbələr isə sammitin dekabr ayının ilk ongünlüyündə Aşqabadda keçiriləcəyini bildiriblər.

Bir sıra KİV-lər isə sammitin təxirə salınmasını Rusiya prezidenti Putinin səhhəti ilə əlaqələndirib.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir