Modern.az

Azərbaycanlılar və ermənilər üçün birgə “Sarı gəlin” musiqi festivalı - FOTOLAR

Azərbaycanlılar və ermənilər üçün birgə “Sarı gəlin” musiqi festivalı - FOTOLAR

27 Oktyabr 2012, 16:21

Diasporların görüşündə bu məsələ müzakirə ollunub və razılaşdırılıb


Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyəti (“AzərRoss”) və  Rusiya Erməniləri İttifaqının Moskvada “Rusiyanın Azərbaycan və erməni diasporu: millətlərarası dialoq” mövzusunda  keçirdiyi dəyirmi masada “Sarı gəlin” adlı müsiqi festivalının keçiriilməsi razılaşdırılıb. Modern.az saytının xəbərinə görə, bu barədə oktyabrın 23-də hər iki diasporun birgə keçirdiyi dəyirmi masada adları çəkilən qurumların rəhbərləri Söyün Sadıqov və Ara Abramyan məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan ictimai-siyasi mühitində ciddi rezonas doğurmuş bu görüşə Rusiyada tanınmış bir sıra azərbaycanlılar qatılıb. Dəyirmi masada “Azərros”un rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin şef-redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və digərləri iştirak edib.

20 ildən sonra baş tutumuş  görüşdə maraqlı təklliflər səslənib. Modern.az saytı bu təklifləri qaldıran şəxslərin çıxışndan sitatları oxuculara təqdim edir. Nəticəni siz özünüz çıxarın.

SSRİ xalq artisti Armen Ciqarxanyanın çıxışı xüsusi alqışlarla qarşılanıb. O, çıxışı zamanı xalqlararası dialoq məsələsinin müzakirə olunmamasından çox təəccübləndiyini deyib:
“İrəvan-rus dram teatrı ilə Bakıda çıxış edəndə insanların gözlərindəki yaşı xatırlayıram. Hələ Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanı Ermənistanda necə qarşılayırdılar. Bir-birimizi  sevirdik. Deməli, bizim buna ehtiyacımız var. Aramızda olan yeganə konflikt “Netçi” və “Ararat” oynayan zaman olub. Elə indi də qarşıdurma gərək ancaq futbol sahəsində olsun”.

Moskvada yaşayan tanınmış jurnalist, “Tribuna” qəzetinin şef-redaktoru Rafael Hüseynov çıxışında deyib ki, 20 il əvvəl erməni həmkarı Varcan Varcapetyanla birgə Qarabağa dair   hazırladıqları yazıdan Bakı da İrəvan da narazı qalıb.
“Hətta evdə də bu yazıya görə məni qınadılar”-deyən Hüseynov iki xalq arasında münasibətlərin yaxın zamanlarda yaxşılaşacağına pessimist yanaşdığını vurğulayıb.
“Biz nədənsə həmişə dolma və musiqi barədə mübahisə edirik. Amma geopolitika deyilən bir termin də var: Rusiyanın, ABŞ-ın, İngiltərənin müəyyən dairələrinə erməni və Azərbaycan xalqı arasında gərginliyin qalması sərf edir”.

Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Sambatyan deyib: “Biz qonşuyuq. Kosmosa gedəsi deyilik. Danışmaq lazımdır. Erməni və Azərbaycan müsiqisi demək olar ki, eyni laddadır. Təkcə interpretasiyası fərqlidir. Bizi birləşdirən çox şey var. KİV-də bir-birimizə qarşı yazılan yazılara moratirum qoyulmalıdır”. 

Jurnalist və beynəlxalq icmalçı Azər Cahangirov çıxışı zamanı qeyri-adi təklif səslənidirib: “Bizim aramızda daim mübahisə yaradan məsələ bizi dostlaşdırmalı və birləşdirməlidir. “Sarı gəlin” mahnısı var. Bu mahnı bizi ayıran mahnılardandır. Gəlin birlikdə “Sarı gəlin” musiqi festifalı keçirək. Erməni və azərbaycanlı musiqiçilər birgə konsert versinlər. Dolma davası döyürük. Gəlin “dolma” bayramı keçirək. Ermənilərdə dolma uzunsov olur, azərbaycanlılarda bir az balaca və dairəvi olur”.
A.Cahangirovun təkliifi alqışlarla müşayət olunub.

 Tədbirdə erməni və azərbaycanlı gənclər də danışıb. Rusiya erməniləri İttifaqının gənclər təşkilatının üzvü Tiqran Manasyan Moskva Dövlət Uiniversitetində (MDU) ona dərs deyən İsmayıl Ağakişiyev barədə xoş sözlər deyib:
““Azərbaycan tarixi” fənnindən İsmayıl müəllim mənə “əla”yazıb. Amma erməni olmayan digər tələbələrə “iki” qiymət yazmışdı. Bu “əla” mənim həyatımı müəyyən edən vacib məqam oldu. Mən bu münaqişənin sona çatmasını istəyirəm”. 

MDU-nun hüquq fakültəsinin tələbəsi Elvin Əsgərov da fikirlərini bildirib:
“Konstitusiya hüququ kafedrasında elmi rəhbərim Suren Avakyan olub. Mən mövzunu götürəndə rus tələbə yoldaşlarım dedilər ki, niyə ermənini elmi rəhbər götürmüsən? Mən dedim ki, erməni və azərbaycanlıların bir-biri ilə anlaşa biləcəklərini göstərmək istəyirəm”.

Görüşün sonunda qərara alınıb ki, bütün təkliflər diqqtlə öyrəniləcək. “Azərross”un rəhbəri Söyün Sadıqov bildirib ki, erməni-azərbaycanlı birgə musiqi festifalının keçirilməsi artıq Ara Abramaysnla müzakirə olunub.

Noyabırn 16-da yenidən daha geniş tərkibdə toplaşmaq qərara alınıb.

 

 

 

 

 

 

 

 

 




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?