Modern.az

Yol qəzalarında ölənlərin, sürücülük vəsiqəsi alanların STATİSTİKASI

Yol qəzalarında ölənlərin, sürücülük vəsiqəsi alanların STATİSTİKASI

Aktual

27 Oktyabr 2012, 17:43

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən məlumata görə, 2012-ci ilin 9 ayı ərzində respublika üzrə 76452 avtomobil ilkin qeydiyyata alınıb.
2012-ci ilin yanvar-sentyabr ayları ərzndə Azərbaycanda 56164 nəfərə ilkin sürücülük vəsiqəsi verilib.
Bununla yanaşı, yl hərəkəti qaydalarını pozduğuna görə, 1518 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

9 ay ərzində respublika ərazisində 2126 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 838 nəfər həlak olub, 2280 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 111 fakt (5%) və yaralananların sayı 179 nəfər (7,3%) azalıb, həlak olanların sayı isə 126 nəfər (17,7%) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 86,1%-i (1830) sürücülərin qayda pozmaları, o cümlədən 27,7%-i (590) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,4%-i (561) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8%-i (188) yolayrıclarını keçmə qaydalarının pozulması, 3%-i (64) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Yol-nəqliyyat hadisələrinin 34,3%-ni (729) piyadaların vurulması təşkil edib, nəticədə 268 piyada həlak olub, 515-i yaralanıb. 209 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 58 nəfər uşaq və yeniyetmə həlak olub, 176-sı yaralanıb.

Ümumiyyətlə bu ilin 9 ayında qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş 838 nəfərdən 675-ni kişilər, 163-nü qadınlar, xəsarət almış 2280 nəfərdən isə 1745-ni kişilər, 535-ni qadınlar təşkil edirlər.
2012-ci ilin 9 ayı ərzində respublika ərazisində 13 nəfərin ölümü və 56 nəfərin yaranlanması ilə nəticələnmiş 67 yol-nəqliyyat hadisəsi bağlı qalıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub