Modern.az

Bakıda Formula-1 həyəcanı davam edir - FOTOSESSIYA

Bakıda Formula-1 həyəcanı davam edir - FOTOSESSIYA

Aktual

27 Oktyabr 2012, 20:34

Dünəndən Bakıda start verilən "City Challenge" yarışları çərçivəsində bu gün pilotlar avtotryuklar nümayiş etdiriblər. Sonra "City Challenge" yarışlarının təsnifatlandırma sessiyası və sprint yarışları keçirilib. Modern.az-ın verdiyi məlumata görə, yarışlarda "Porsche 911", "Aston Martin Vantage GT3", "Audi R8 LMS", "BMW Z4 GT3", "Ferrari 458 İtalia GT3", "Lamborghini Gallardo LP 600+" və "Mercedes Benz SLS AMG GT3" markalı avtomobillər iştirak edib.

Yarışa bilet ala bilməyən Bakı sakinləri nümayiş olunan avtotryuklara baxmaq üçün hər vasitəyə əl atıb. Bəziləri təhlükəsislik məqsədi ilə çəkilən torları deşərək, bəziləri dirəklərə dirmanaraq, bəziləri isə ətrafdakı yüksəkliklərə qalxaraq "Formula həyacanı"nı yaşamağa nail olub. 
 Qeyd edək ki, oktyabrın 28-i əsas yarış günüdür. Günün birinci yarısında bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazırlığı, sonra isə sürücülərin paradı və yarış olacaq.

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 



Elçin Ağayev

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür