Modern.az

Putin Medvedevə görə saatlara dəymədi

Putin Medvedevə görə saatlara dəymədi

28 Oktyabr 2012, 16:16

Ötən il Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin əmri ilə bu ölkədə qış vaxtına keçmək üçün saat dəyişikliyi edilmədi.

 Modern.az-ın rus mətbuatına əsasən verdiyi məlumata görə, saat dəyişikliyinin bir sıra stres və bioloji xəstəliklərə yol açdığını dilə gətirən D.Medvedev “Bu payızdan etibarən bu ənənəyə son qoyulmasına qərar verdim. Ümid edirəm ki, insanlar bunun pozitiv cəhətlərini hiss edəcəklər” deyə açıqlama da vermişdi.

  Medvedevin  bu qərarından əziyyət çəkən Rusiya vətəndaşları uşaqların dərsə gecikməsini, insanların isə işə gecikməsini əsas gətirərək dolaysı ilə bu qərara etiraz etsələr də heç bir nəticə əldə edə bilməyiblər. Belə ki, hakimiyyətə yenidən gələn Vladimir Putin seçki ərəfəsində vətəndaşların bu etirazını nəzərə alacağını bildirsə də, Rusiya bu il də saatları geri çəkmədi. Bununla da Rusiyanın şərqi ilə qərbi arasındakı saat fərqi 11 saatdan 9 saata endi.

Qeyd edək ki, bu gün də Rusiyada vətəndaşlar komüter və cib telefonlarında saatların avtomatik qış rejminə keçməsi səbəbilə kütləvi şəkildə işə gecikiblər.  

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir