Modern.az

İsrailin baş naziri Vaşinqtona gedir

İsrailin baş naziri Vaşinqtona gedir

Dünya

18 Avqust 2021, 23:09

İsrailin Baş naziri Naftali Bennett və ABŞ Prezidenti Co Bayden avqustun 26-da Ağ Evdə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Yen Psaki məlumat verib.

 

O qeyd edib ki, Bennetin səfəri ABŞ ilə İsrail arasındakı tərəfdaşlığı gücləndirəcək.

 

Psakinin sözlərinə görə, iki lider İran da daxil olmaqla regional və qlobal təhlükəsizliklə bağlı vacib məsələləri müzakirə edəcəklər.

 

Bundan əvvəl İsrailin Baş naziri Naftali Bennett Baydenlə İranı müzakirə etmək niyyətində olduğunu bildirmişdi.

 

Ülfan İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?