Modern.az

Türkiyə İranla sərhədə beton divar çəkir

Türkiyə İranla sərhədə beton divar çəkir

Dünya

18 Avqust 2021, 23:43

“Ağrı, Hakkari, Iğdır və Van İranla həmsərhəddir. Həmin sərhədə beton divarlar çəkiləcək”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bidirib ki, sərhəd xəttində 157 kilometrlik divar tamamlanıb.

 

“Bunlar təkcə köç üçün yox, terrora qarşı da vacib amildir”, - deyə Ərdoğan qeyd edib.

 

Türkiyə Prezidenti əlavə edib ki, bu divarı formalaşdıran üç metrlik blokların üzərində bir metrlik tikanlı məftillər çəkiləcək. Ərazi kameralarla izləniləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?