Modern.az

Milli Məclisdə “büdcə həyəcanı”: “Neft Fondunun gəlirləri cari məqsədlər üçün istifadə edilməsin” - AÇIQLAMA

Milli Məclisdə “büdcə həyəcanı”: “Neft Fondunun gəlirləri cari məqsədlər üçün istifadə edilməsin” - AÇIQLAMA

29 Oktyabr 2012, 11:26

Komitə sədri: “Bu gün büdcə imkan verir ki, pensiyalar artırılsın,  amma növbəti il belə bir imkan olmaya bilər”

“Bir müddətdə belə olacaq”

“Biz əgər iqtisadi inkişafımızdakı boşluqları sürətlə aradan qaldırsaq, əgər strateji planları sosial həyatla bağlamasaq və strateji planları yavaş-yavaş aparsaq, Neft Fondundan da götürmələr azalar. Biz elə etməliyik ki, gələcəkdə Neft Fondunun gəlirləri cari məqsədlər üçün istifadə edilməsin”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2013-cü il dövlət büdcəsini şərh edərkən deyib. Onun sözlərinə görə, büdcə həm sosial, həm də investisiya yönümlü olmalıdır:

“Biz tez-tez neftdən asılı olduğumuzu deyirik. Buna nisbi baxımaq lazımdır. Hər bir dövlətin özünəməxsus iqtisadi potensialı var. O ölkələr ki, həmin potensialdan səmərəli istifadə edir, deməli onları səfərbər etmək obyektivdir. Azərbaycanın iqtisadiyyatı neftlə bilavasitə əlaqədardır. Sovet vaxtında da belə olub. Bir müddətdə belə olacaq. Gəlin neft sənayesinin və qeyri-neft sənayesinin dinamikasına baxaq. Biz əgər inqisadi inkişafımızdakı boşluqları sürətlə aradan qaldırmasaq, əgər strateji planları sosial həyatla bağlamasaq və strateji planları yavaş-yavaş aparsaq Neft Fondundan da götürmələr azalar. Biz istəyirik ki, yaranmış situasiyadan səmərəli istifadə edək. On il ərzində yavaş getsək bu bizə bəs edər. Hətta büdcəni il ərzində 2 faiz artıra bilərik. Amma bununla biz bu məsələləri həll edə bilməzdik. Odur ki, neft bizim sərvətimizdir və bunu müəyyən müddət istifadə etməliyik”.

“Qeyri-neft sektorunda məhsul istehsal edilən sahələr ön plana çəkilməlidir”

Dövlət başçısının çıxışını sitat gətirən komitə sədri bildirib ki, prezident də dəfələrlə çıxışında bu məsələni qeyd edib.
“Prezident bildirib ki, biz elə etməliyik gələcəkdə Neft Fondunun gəlirləri cari məqsədlər üçün istifadə edilməsin. Bunun üçünsə iqtisadiyyatı artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır”.

“Biz qeyri-neft sektorunun strukturu barədə danışırıq. Bunu təhlil etməliyik. Biri var qeyri-neft sektotrunu xarici investisiyalar hesabına inkişaf etdiririk, biri də var ki, elə məhsullar hesabına inkişaf etdiririk ki, o məhsullar bazara heç cür kömək etmir. Ona görə, qeyri-neft strukturunun mahiyyəti araşdırılmalıdır. Orada da məhsul istehsal edilən sahələr ön plana çəkilməlidir. Bu gün nə qədər kənd təsərrüfatı məhsulları var...”-deyə Z.Səmədzadə bildirib.  

“Biz büdcə xərclərinin hamısını bütünlükdə sosial yönümlü edə bilmərik”

Deputat qeyd edib ki, büdcənin sosial və ya investisiya yönümlü olmasını demək düzgün deyil:

“Əgər məndən soruşsalar, gələcəkdə büdcə məsələsinin bu cür qoyulmasının əleyhinəyəm. Əgər müstəqil dövlətdirsə və onun strateji xətti yaxşı, firavan həyat qurmaqdırsa, onda büdcə həm investisiya, həm də sosial yönümlü olmalıdır. Biz büdcə xərclərinin hamısını bütünlükdə sosial yönümlü edə bilmərik. Heç bir ölkədə belə bir fərqləndirmələr edilmir ki, büdcə hansı yönümlü olsun. Biz o prosesi keçirik. Məsələn, bu gün büdcə imkan verir ki, pensiyalar artırılsın,  amma növbəti il belə bir imkan olmaya bilər. Ona görə, 2013-cü ilin büdcəsini həm sosial, həm də investisiya yönümlü hesab etmək olar”.

Gültəkin Ələsgər        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir