Modern.az

“Təkcə Saakaşvili deyil, hər kəs öz əməlinə görə cəzasını çəkməlidir”

“Təkcə Saakaşvili deyil,  hər kəs öz əməlinə görə cəzasını çəkməlidir”

29 Oktyabr 2012, 15:33

Gürcüstanın keçmiş baş naziri Zurab Jvanyanın müəmmalı ölümü ilə bağlı qalmaqal yenidən gündəmə gəlib. Belə ki, Zurab Jvanyanın ailəsi 2005-ci ildə dünyasını dəyişən eks-baş nazirin ölümündə hazırki prezident Mixail Saakaşvili və onun komandasını günahlandırıb. Eks-baş nazirin yaxınları onun dəm qazından zəhərlənərək ölməsi haqda rəsmi məlumatları təkzib edərək Zurab Jvanyanın Saakaşvili hakimiyyəti tərəfindən qəsdən öldürülməsi ilə bağlı yenidən iddia irəli sürüblər. Hətta, Gürcüstanda Mixail Saakaşviliyə qarşı yönələn cinayət iddiasının arxasında yeni baş nazir Bidzina İvanişvilin olması haqda müxtəlif söz-səhbətlər də yayılıb.

Modern.az-ın əməkdaşı Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkat Partiyasının üzvü, hazırda Gürcüstan parlamentində müxalifəti təmsil edən azərbaycanlı deputat Azər Süleymanovdan cinayət iddiası ilə bağlı münasibət öyrənib. Parlament seçkilərindən sonra belə bir iddanın ortaya atılmasını təsadüfü saymayan A.Süleymanov cinayət faktının arxasında müəyyən qüvvələrin dayandığını bildirib. Millət vəkili Saakaşvili və onun rəhbərlik etdiyi partiyanın Zurab Jvanyanın ölümündə günahkar olmadığını və bu istiqamətdə açılan cinayət işində yaxından iştirak edəcəklərini bildirib.

“Belə bir iddia təkcə Saakaşviliyə qarşı yönəlməyib. Biz hazırıq, əgər kiminsə bu işdə günahı varsa məsuliyətə cəlb olunmalıdır. Hesab edirəm ki, bu məsələdə konkret nəsə demək hələ tezdir. Ortada sübut yoxdur, sadəcə belə bir iddia irəli sürülüb.  Bununla bağlı bəyanatda verilib. Məhkəmə və eləcə də lazımı orqanlarla əməkdaşlıq etməyə hazırıq. Ortada fakt olmayandan sonra kiminsə üstünə cinayətkar damğası vurmaq düzgün deyil. Lazım olarsa cinayət içi açılacaq. Təbii ki, bu məsələnin parlament seçkilərindən sonra yenidən gündəmə gətirilməsi təsadüfü deyil. Müəyyən maraqların olduğu məlumdur. Hər kəs öz əməlinə görə öz cəzasını çəkməlidir”, - deyə A.Süleymanov vurğulayıb.

Xatırladaq ki, Gürcüstanın keçmiş baş naziri Zurab Jvanyan 2005-ci il fevralın 3-də Tbilisidə kiyarə yaşadığı mənzildə onunla birlikdə Kvemo Kartli bölgəsinin (Şərqi Gürcüstan) qubernatorunun müavini Raul Yusupov dəm qazından zəhərlənərək dünyasını dəyişib. Sabiq nazirin ailəsi və yaxınları onun dəm qazından zəhərlənərək ölməsini qəbul etməyərək onun qəsdən öldürüldüyünü iddai edirlər. Gürcüstanın yeni baş naziri  Bidzina İvanişvili də Zurab Jvaniyanın ölüm şəraitinin təhqiqatının davam etdiriləcəyini bildirib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir