Modern.az

Deputat Qurban bayramında seçicilərinə yardım edib

Deputat Qurban bayramında seçicilərinə yardım edib

29 Oktyabr 2012, 16:15

71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilmiş Elmira xanım Axundova rayon ərazisində sentyabr-oktyabr ayları ərzində xeyriyyəçilik tədbirləri həyata keçirib. Modern.az-ın məlumatına görə, bu aylar ərzində bir sıra kasıb ailələrin uşaqları məktəbli paltarları ilə təmin edilib, Bədəlan ərazi nümayəndəliyində yerləşən və təzə tikilən Çayqıraq kənd əsas orta məktəbi idman ləvazimatı ilə təchiz olunublar. Eyni zamanda 40-a yaxın birinci sinif şagirdlərinə də hədiyyələr verilib.

Həmçinin deputatın təşəbbüsü ilə yanğın zamanı evsiz qalan Kalinovka kənd sakinə evin yenidən bərpasına yaxından maddi köməklik göstərilib. Millət vəkilinin Azərbaycan Qızılaypara Cəmiyyətinə müraciətindən sonra təşkilat tərəfindən də vətəndaş müəyyən məişət əşyaları ilə təchiz olunubdur.

Deputat tərəfindən rayon ərazisinə avqust və sentyabr ayları ərzində həyata keçirilmiş səfərlərin nəticəsi olaraq bir çox sakinlərin pensiya, ünvanlı sosial yardım, əlillik dərəcəsi, dərman preparatları ilə təchiz edilməsi və s. kimi sosial problemləri öz müsbət həllini tapıb.

Görülən bu tədbirlərlə yanaşı bayram ərəfəsində bir neçə ailəyə maddi yardım edilmiş, 70-ə yaxın ailəyə isə bayram sovqatı verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?