Modern.az

Həcc Komitəsinin sədri: “Məkkəni 4 milyon zəvvar ziyarət edib”

Həcc Komitəsinin sədri: “Məkkəni 4 milyon zəvvar ziyarət edib”

29 Oktyabr 2012, 16:17

2012-ci il Həcc mövsümündə  Məkkəni 4 milyon zəvvar ziyarət edib. Modern.az  “Əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki, bu barədə Məkkə region valisi və Mərkəzi Həcc Komitəsinin sədri Xalid Əl-Faysal keçirdiyi mətbuat konfransında deyib. 

Xalid Əl-Faysal bildirib ki, zəvvarların təhlükəsizliyini 120 min nəfər qoruyub. Bundan əlavə, 10 min minik vasitəsi, 360 pilot və texnik tərəfindən idarə olunan 25 mülki müdafiə və  20 ictimai  təhlükəsizlik helikopteri, 30 min müşahidə kamerası, 200 təhlükəsizlik mərkəzi vasitəsilə zəvvarların təhlüksizliyi təmin edlib.

Səudiyyə Ərəbistanı Həcc infrastrukturunu inkişaf etdirmək üçün böyük miqdarda pullar xərcləyir. Böyük Məscid, Ərəfat dağı, Əl-Cəmərat körpüsü kimi əsas Həcc bölgələrində yüzlərlə kamera və monitorlar quraşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir