Modern.az

Azərbaycanda 121 nəfər qidadan zəhərlənib

Azərbaycanda 121 nəfər qidadan zəhərlənib

Aktual

29 Oktyabr 2012, 16:25

Gigiyenik  normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib. Bu barədə Modern.az-a Səhiyyə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 38 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1051, mikrobioloji göstəricilərinə görə 1047, toksikoloji göstəricilərinə görə 422, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. 
Şadlıq evlərindən 2829 yaxma nümunəsi, 68 soyuq qəlyanaltı nümunəsi götürülüb, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Sentyabr ayı ərzində əhali arasında 101 qida zəhərlənməsi hadisəsi baş verib, 121 nəfər zərərçəkən olub. O cümlədən 4 botulizm hadisəsi baş verib, 5 nəfər zərərçəkən olub.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır