Modern.az

Prezident Putin Türkiyəyə niyə getmədi? - Səbəb açıqlandı

Prezident Putin Türkiyəyə niyə getmədi? - Səbəb açıqlandı

29 Oktyabr 2012, 16:53

Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Türkiyəyə səfərinin təxirə salınmasının səbəbi açıqlanıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin Prezident Administrasiyasının rəhbəri Sergey İvanov açıqlama verib.
O bildirib ki, Suriyanın təyyarəsi endirildiyi vaxt Putinin Türkiyədə olması heç də yaxşı olmazdı.

Qeyd edək ki, oktyabrın 14-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasına qatılması gözlənilən Vladimir Putinin səfəri təxirə salınaraq, dekabrın 3-nə təyin edilib.

 

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!