Modern.az

Bakıda axtarışda olan şəxs saxlanıldı

Bakıda axtarışda olan şəxs saxlanıldı

Hadisə

21 Avqust 2021, 13:39

Axtarışda olan şəxs Bakıda evdən oğurluq edib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E. Allahverdiyev saxlanılıb.

 

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir