Modern.az

Bir qrup deputat cəbhə bölgəsinə yola düşüb

Bir qrup deputat cəbhə bölgəsinə yola düşüb

Parlament

30 Oktyabr 2012, 09:35

Bu barədə məlumatı Modern.az saytının əməkdaşı verib.

Məlumatda bildirilir ki, cəbhə bölgəsinə səfər edən deputat qrupuna Milli Məclisin sədr müavini Bahar Muradova rəhbərlik edir. Qrupa deputatlardan Musa Quliyev, Bəxtiyar Sadıqov, Arif Rəhimzadə və Sahibə Qafarova, Müdafiə Nazirliyininin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə, hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səadət Bənəniyarlı daxildir.

Təmas xətti ilə üzbəüz dayanan hərbçilərlə görüşəcək deputatların səfərində məqsəd torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərin vəziyyətilə tanış olmaq, onlarda ruh yüksəkliyi yaratmaqdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı