Modern.az

Gülər Əhmədovanın yerinə bu adamlardan biri seçiləcək - SİYAHI

Gülər Əhmədovanın yerinə bu adamlardan biri seçiləcək - SİYAHI

Parlament

30 Oktyabr 2012, 13:20

Milli Məclis Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbərini seçəcək.

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, mandatı ləğv olunmuş Gülər Əhmədovanın rəhbərlik etdiyi Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbərin seçilməsi üçün parlamentin növbəti plenar iclaslarında məsələ qaldırılacaq.

Plenar iclasda, həmçinin Milli Məclisin İntizam komissiyası katibi vəzifəsinə də yeni təyinat baş tutacaq. Qeyd edək ki, deputat Siyavuş Novruzovun sədrlik etdiyi İntizam komissiyasında katib eks-deputat Gülər Əhmədova idi.

Bəs Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbəri kim ola bilər? Milli Məclisdən Modern.az saytına bildirilib ki, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna aşağıdakı deputatlar daxildir və onlardan biri Gülər Əhmədovanı əvəz edəcək:

Kamilə Əliyeva
Malik Həsənov
Sahibə Qafarova
Əsabil Qasımov
Azay Quliyev
Musa Quliyev
Ülvi Quliyev
Rafiq Məmmədhəsənov
Sədaqət Vəliyeva

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası oktyabrın 3-də Xətai II seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Gülər Əhmədovanın deputat mandatını ləğv edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!