Modern.az

Rəsul Quliyev nəhayət qərargahla bağlı danışdı: “Obyekt sahibi məni dəstəkləyən şəxsdir”

Rəsul Quliyev nəhayət qərargahla bağlı danışdı: “Obyekt sahibi məni dəstəkləyən şəxsdir”

31 Oktyabr 2012, 11:16

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının yerləşdiyi qərargahın onlardan geri alınması ilə bağlı yaranan qalmaqala aydınlıq gətirib. Sabiq spiker Modern.az saytına açıqlamasında mətbuatda yazılan məlumatları təkzib edərək, qərargahın partiya üzvlərindən birinə məxsus olduğunu deyib.

“Mətbuatda yazılanlarla həqiqət arasında dibi görünməz uçurumlar olur. Ümumiyyətlə, bu haqda jurnalistlərə demək istərdim ki, “əgər mənim əleyhiməsənsə, zəhərimi tökəcəyəm” prinsipi ilə işləməyi məsləhət görməzdim. Qərargahla əlaqədar yazını nəzərdə tutursunuzsa, fikir söyləmək şansında deyiləm. Bilirəm ki, oranın sahibi ACP-nin üzvüdür və mənim ideyalarımı dəstəkləyəndir. Qərargahı zorla almaq istəməkdən söhbət gedirsə, burada təəccüblü heç bir şey yoxdur. İndi seçkiqabağı aqoniya yaxınlaşdığından hökümətin daxilində intriqalar çox yüksək səviyyədədir. Məsələn, Moskvada yaranmış təşkilata kimlərinsə aqressiv münasibəti bir qüvvəyə qulluq edirsə, ACP-yə guya kiminsə qərargah verməsinə münasibət başqa qüvvənin marağındadır”, -deyə R.Quliyev məsələyə münasibət bildirib.

Xatırladaq ki, ACP-nin paytaxtın Nərimanov rayonunda yerləşən qəragahının hakimiyyətə yaxın şəxsə məxsus olması və eləcə də icarə əsasında Rəsul Quliyevin partiyasına verilən obyektin geri alınması haqda mətbuatda müxtəlif məlumatlar yayılıb. Hətta ACP-nin qərargah üçün aylıq 7 min dollar icarə haqqı ödədiyi də yayılan məlumatlar sırasındadır.

Anar RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı